satellite   Azerspace-1: 11135 H 30000

Avstraliyada ilk dəfə qadın ordu komandanı təyin edilib

Avstraliyada ilk dəfə qadın ordu komandanı təyin edilib

Avstraliyada ölkə tarixində ilk dəfə olaraq qadın ordu komandanı vəzifəsinə təyin edilib.

NTV "Reuters" agentliyinə istinadən xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albaneze iyul ayından etibarən ölkə ordusuna ilk dəfə qadının - hazırda birləşmiş qüvvələrin rəisi vəzifəsində çalışan general-leytenant Syuzan Koylun rəhbərlik edəcəyini bildirib.

Avstraliya Baş nazirinin sözlərinə görə, o, quru qoşunlarının rəisi vəzifəsinə başlayaraq bu postda general-leytenant Saymon Stüartı əvəzləyəcək.

Avstraliyanın müdafiə naziri Riçard Marlz S.Koylun təyinatını dərin tarixi an adlandırıb. Onun sözlərinə görə, bu qərar həm Avstraliya Müdafiə Qüvvələrində artıq xidmət edən qadınlar, həm də gələcəkdə belə bir imkanı nəzərdən keçirənlər üçün böyük əhəmiyyət kəsb edəcək.

Qeyd olunur ki, bu təyinat Avstraliya silahlı qüvvələrinin qadın zabitlərin sayının artırılması səyləri, habelə orduda sistematik cinsi qısnama və ayrı-seçkilik ittihamları fonunda baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

10:07 13.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM