satellite   Azerspace-1: 11135 H 30000

Yer kürəsinə yaxın potensial təhlükəli asteroidlərin sayı açıqlanıb

Yer kürəsinə yaxın potensial təhlükəli asteroidlərin sayı açıqlanıb

Hazırda Yerə yaxın orbitlərdə təxminən 40 min asteroid müşahidə olunur.

NTV  xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutundan məlumat verilib.

Məlumata görə, Günəş sistemində ümumilikdə bir milyondan çox belə səma cismi kəşf edilib. Onların əksəriyyəti əsas asteroid qurşağında — Mars və Yupiterin orbitləri arasında yerləşir.

Qeyd olunub ki, Yerə yaxın asteroidlər ayrıca qrup kimi təsnif edilir və onlar nisbətən sürətlə aşkar olunur. Bu obyektlər müxtəlif ölçülərə malikdir və ən böyüklərinin diametri bir kilometrdən çoxdur.

Alimlər bildiriblər ki, bu asteroidlər arasında həyatları ərzində azı bir dəfə Yerə yaxınlaşan və ya 7,5 milyon kilometrdən az məsafəyə qədər yaxınlaşa biləcək potensial təhlükəli obyektlər də var. Məsələn, diametri bir kilometrdən böyük olan 154 potensial təhlükəli asteroid qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

10:07 13.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM