satellite   Azerspace-1: 11135 H 30000

DMM: Sosial mediada Ərdoğanın adından yayılan ifadələr yalandır

DMM: Sosial mediada Ərdoğanın adından yayılan ifadələr yalandır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından sosial mediada İran və Livana hücumla bağlı yayılan ifadələr yalandır.

NTV xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi yayıb.

"Bəzi sosial media platformalarında paylaşılan və Prezident Rəcəb Tayyib Ərdoğana aid edilən ‘‘İrana və ya Livana bir hücum olarsa, bunu Türkiyəyə hücum hesab edərik"" ifadələri tamamilə əsassızdır", - məlumatda bildirilib və əlavə edilib ki, Türkiyə bölgədə yaşanan son gərginlik və qarşıdurmalarda sülhü, rifahı və təhlükəsizliyi müdafiə edən konstruktiv mövqe nümayiş etdirib:

"Sözügedən əsassız iddiaların məqsədi; Türkiyənin regional sülhün qurulmasındakı qabaqcıl roluna kölgə salmaq, ölkəmizi qarşıdurma və böhran mühitlərinə cəlb etmək, beynəlxalq ictimaiyyətdə yanlış bir qavrayış yaradaraq dezinformasiya üzərindən siyasi manipulyasiya etməkdir.

Qəsdən və mütəşəkkil şəkildə müəyyən bir mənbədən yayılan bu cür manipulyativ paylaşımlara, qara təbliğat fəaliyyətlərinə və psixoloji müharibə taktikalarına etibar edilməməsi; yalnız rəsmi kanallardan verilən açıqlamaların nəzərə alınması böyük əhəmiyyət kəsb edir.

Həqiqətə uyğun olmayan iddialara qarşı mübarizəmiz qətiyyətlə davam edəcək".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM