İran nüvə ambisiyalarından imtina etmək istəmir.
NTV-nin məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb. O bildirib ki, İslamabadda bir çox cəhətdən razılaşdırılmış məqamlar hərbi əməliyyatları sona qədər davam etdirməkdən daha yaxşıdır.
“Lakin bütün bu məqamlar nüvə enerjisinin bu cür dəyişkən, çətin, gözlənilməz insanların əlində olmasına icazə verməklə heç bir əhəmiyyət kəsb etmir. Bütün bu müddət ərzində üç nümayəndəm və İran nümayəndələri çox mehriban danışdılar, amma bunun əhəmiyyəti yoxdur, çünki onlar ən vacib məsələdə çox inadkar idilər. Hər zaman dediyim kimi, İran heç vaxt nüvə silahına sahib olmayacaq”, - deyə Tramp əlavə edib.
