satellite   Azerspace-1: 11135 H 30000

Pakistan XİN: ABŞ və İran arasında dialoq qurulmasında vasitəçiliyə davam edəcəyik

Pakistan XİN: ABŞ və İran arasında dialoq qurulmasında vasitəçiliyə davam edəcəyik

 

İslamabad ABŞ və İran arasında dialoq qurulmasında vasitəçiliyə davam edəcək və hər iki tərəfin atəşkəs öhdəliklərini yerinə yetirəcəyini gözləyir.

NTV xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Açıqlamada deyilir: "Ümid edirik ki, hər iki tərəf davamlı sülhə nail olmaq üçün müsbət şəkildə irəliləməyə davam edəcək... Bütün tərəflərin atəşkəs öhdəliklərini yerinə yetirməsi vacibdir".

Qeyd edək ki, ötən gün İslamabadda ABŞ-İran danışıqları keçirilib. 21 saat davam edən danışıqlar nəticəsiz başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM