Aprelin 9-u Livanda milli matəm günü elan edilib.
NTV xəbər verir ki, bu, İsrail ordusunun Livana endirdiyi hava zərbələri nəticəsində çox sayda insanın ölməsi ilə əlaqədardır.
Ölkənin Baş naziri Nəvaf Salam Livan xalqına, xüsusən də hücumlarda həyatlarını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verib, yaralılara tezliklə sağalmalarını arzulayıb.
Qeyd edək ki, İsrail ordusunun Livana eyni vaxtda endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayının 254-ə çatdığı bildirilir, yaralılar var.
