Türkiyənin Osmaniyə əyalətinin bir neçə rayonunda yağan güclü yağışların yaratdığı sel insan tələfatına səbəb olub.
NTV xəbər verir ki, güclü yağışlarla əlaqədar Savrun çayı daşaraq Kadirli rayonunun bəzi ərazilərini basıb, körpü və bir neçə tikili uçub.
Selin apardığı avtomobildə olan 2 nəfər həlak olub.
Qonşu əyalətlərdən xilasedicilər fəlakət bölgəsinə göndərilib.
