satellite   Azerspace-1: 11135 H 30000

Vens: Moskva və Kiyevin atəşkəs şərtləri ilə bağlı mövqeləri xeyli yaxınlaşıb

Vens: Moskva və Kiyevin atəşkəs şərtləri ilə bağlı mövqeləri xeyli yaxınlaşıb

Ukrayna nizamlaması istiqamətində ciddi irəliləyiş əldə olunub və danışıqlar prosesinin başlanğıcından bəri Moskva ilə Kiyevin atəşkəs şərtləri ilə bağlı mövqeləri xeyli yaxınlaşıb.

NTV xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens çərşənbə günü Macarıstanda keçirilən tədbirdə çıxış edərkən bildirib. “Biz əhəmiyyətli irəliləyiş əldə etmişik. Əvvəlcə Rusiya və Ukraynanı münaqişəyə son qoymaq üçün heç olmasa nə istədiklərini ifadə etməyə inandıra bilmirdik. İndi buna nail olmuşuq. Ukrayna və Rusiyadan yazılı bəyanatlar almışıq, zaman keçdikcə onların mövqeləri daha da yaxınlaşır”, - deyə Vitse-prezident qeyd edib.

Vensin sözlərinə görə, tərəflərin mövqeləri hələ tam uyğunlaşmasa da o, danışıqların perspektivinə nikbin baxır. Danışıqlar artıq “bu və digər istiqamətdə bir neçə kvadratkilometr ərazi ilə bağlı müzakirələrə” qədər irəliləyib.

Vitse-prezident onu da vurğulayıb ki, münaqişənin həllinə maraq göstərməyən Avropa siyasi rəhbərliyinin mövqeyi Vaşinqtonda məyusluq doğurur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM