Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə iranlı həmkarı Seyid Abbas Əraqçi arasında telefon danışığı olub.
NTV Türkiyənin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, danışıq zamanı nazir Fidan Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğunu bildirərək, ölkəsinin buna qarşı bütün zəruri tədbirləri görməyə davam edəcəyini vurğulayıb.
Hakan Fidan qeyd edib ki, bütün tərəflər regional təhlükəsizliyə xələl gətirə biləcək və mülki şəxslər üçün risk yarada biləcək addımlardan çəkinməlidir.
Nazir Əraqçi isə Türkiyə hava məkanına yönələn raketlərin İran mənşəli olmadığını və məsələ ilə bağlı genişmiqyaslı araşdırma aparılacağını qeyd edib.
