satellite   Azerspace-1: 11135 H 30000

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub - FOTOLAR

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub<font color=red> - FOTOLAR</font>

Bu ilin sentyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1776,8 min nəfər olub, onlardan 834,2 min nəfəri dövlət sektorunda, 942,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən NTV-yə  bildirilib ki, muzdla çalışan işçilərin 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,5 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu ilin yanvar-avqust aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 1173 manat təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:21 12.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM