satellite   Azerspace-1: 11135 H 30000

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar “X” sosial media platformasındakı paylaşımında Ər-Riyad hava limanına edilən hücumu qətiyyətlə pisləyib.

NTV “Dawn” nəşrinə istinadla xəbər verir ki, nazir hücumda yaralanan altı Pakistan vətəndaşı da daxil olmaqla bütün yaralılara tezliklə şəfa tapmalarını arzulayıb, dinc insanlara və mülki infrastrukturlara qarşı hücumların qəbuledilməz olduğunu, beynəlxalq hüququ pozduğunu, regional sülh və təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib.

İshaq Dar Pakistanın Səudiyyə Ərəbistanı hökuməti və xalqı ilə həmrəyliyini vurğulayaraq qeyd edib ki, İslamabad Məkkə Kollektiv Müdafiə Sazişi çərçivəsində Səudiyyə Ərəbistanının suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə sadiq qalacaq.

Pakistanın Baş naziri Şahbaz Şərif də hücumu qətiyyətlə pisləyib, həyatını itirənlərin ailələrinə başsağlığı verib və yaralılara tezliklə şəfa tapmalarını arzulayıb.

Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsi (GACA) bildirib ki, ötən bir həftə ərzində Krallığın hava limanlarına edilən beş hücum nəticəsində 19 nəfər həlak olub, 350-dən çox yaralı var.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM