Ötən gecə Bəhreynin paytaxtı Manama şəhərində yaşayış binasına İrana məxsus raketin düşməsi nəticəsində 1 nəfər ölüb, 8-i yaralanıb.
NTV xəbər verir ki, bu barədə Bəhreynin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ölkənin Müdafiə Qüvvələrinin Baş Komandanlığı isə bildirib ki, hava hücumundan müdafiə sistemləri İrandan atılan raketləri və PUA-ları zərərsizləşdirməkdə davam edir. Ötən müddətdə Bəhreynə atılan 102 ballistik raket və 173 PUA zərərsizləşdirilib.
Bəhreyndə əhalinin zərurət olmadan evlərini tərk etməmələri və ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib.
