Almaniyanın müdafiə naziri Boris Pistorius Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bir neçə avropalı tərəfdaşla Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 30 ədəd PAC-3 raketinin tədarükü barədə razılığa gəlib.
NTV xəbər verir ki, “Der Spiegel” jurnalı bu barədə mənbələrinə istinadla məlumat yayıb. Kiyev, həmçinin Bundesverin ehtiyatından bir neçə əlavə raket alacaq və Ukraynaya göndərilən raketlərin sayı 35 ədədə çatacaq.
“Der Spiegel” nəşri qeyd edib ki, İranla bağlı münaqişə Kiyevin “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər tapmasında çətinliklərə səbəb olub. Ukrayna ay ərzində orta hesabla 60 ədəd “Patriot” raketi istifadə edir və beləliklə, Almaniyanın səyləri sayəsində əldə olunan raketlər təxminən yarım ay kifayət edəcək.
