satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstandan Azərbaycan vətəndaşları da daxil 74 əcnəbi deportasiya edilib

Gürcüstandan Azərbaycan vətəndaşları da daxil 74 əcnəbi deportasiya edilib

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlər həyata keçirilən tədbirlər çərçivəsində 74 xarici vətəndaşı ölkədən deportasiya edib.

NTV xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, əməliyyatlar digər müvafiq bölmələrlə koordinasiyalı şəkildə həyata keçirilib.

Kompleks tədbirlər nəticəsində Azərbaycan, Belarus, Misir, Türkmənistan, Hindistan, İordaniya, Nigeriya, Rusiya, Ermənistan, Özbəkistan, Qazaxıstan, Çexiya, Çin və Türkiyə vətəndaşları olmaqla ümumilikdə 74 nəfər Gürcüstan ərazisindən çıxarılıb.

Mövcud qanunvericiliyə uyğun olaraq deportasiya edilən şəxslərin müəyyən müddət ərzində ölkəyə yenidən daxil olmasına qadağa qoyulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM