Qətərdə İran hücumları nəticəsində təxminən 20 nəfər yaralanıb.
NTV xəbər verir ki, bu barədə "Times of Israel" Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Macid əl-Ənsariyə istinadən məlumat yayıb.
O qeyd edib ki, Qətərə 100-dən çox raket və onlarla pilotsuz uçuş aparatı atılıb, onlar təkcə ABŞ qoşunlarını deyil, həm də kommersiya, mülki və hərbi infrastrukturu, o cümlədən beynəlxalq hava limanını hədəf alıb.
İki pilotsuz uçuş aparatının hücumu qeydə alınıb - biri Mesaidədəki elektrik stansiyasındakı su rezervuarını, digəri isə Ras-Laffan sənaye şəhərindəki enerji obyektini hədəf alıb. Qurbanlar barədə məlumat yoxdur.
Onun sözlərinə görə, hazırda Qətər İranla dialoq aparmır.
Bundan əlavə, Beer-Şevada (İsrail) İranın hücumları nəticəsində 15 nəfər yaralanıb. İddia edilir ki, İranın ballistik raketi şəhərin yaşayış məhəlləsini vurub.
