satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqı Albaniyaya çağırış edib

Avropa İttifaqı Albaniyaya çağırış edib

Avropa İttifaqının Albaniyadakı nümayəndəliyi ölkədə baş verən etirazlarla əlaqədar siyasi aktorları təmkinli olmağa çağırıb.

NTV xəbər verir ki, nümayəndəlik insanların sərbəst toplaşma hüququnun olduğuna vurğu edib:

Qeyd olunub ki, toplaşmaq hüququ məsuliyyətlə, qanun aliliyi və bütün şəxslərin təhlükəsizliyi tam şəkildə nəzərə alınmaqla həyata keçirilməlidir.

Vurğulanıb ki, qurum Albaniyanın Aİ-yə inteqrasiya yolunda vacib islahatlarını dəstəkləyir.

Qeyd edək ki, Albaniyanın paytaxtı Tiranada dünən müxalifətin etiraz aksiyası baş tutub. Aksiya ilə əlaqədar Baş nazirin ofisinin ətrafında polis qüvvələri yerləşdirilib. Qarşıdurma zamanı polis etirazçılara qarşı gözyaşardıcı qaz və su ilə dağıtma tədbirləri tətbiq edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM