ABŞ-nin İranda həyata keçirdiyi əməliyyat zamanı üç hərbçisi həlak olub, beşi isə ağır yaralanıb.
NTV-nin məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Qeyd olunub ki, daha bir neçə nəfər yüngül qəlpə xəsarətləri və beyin silkələnməsi alıb və xidmətə qaytarılma prosesindədir. Bildirilir ki, əsas döyüş əməliyyatları davam edir.
