satellite   Azerspace-1: 11135 H 30000

Xameneinin vəzifəsini müvəqqəti olaraq Əlirza Ərəfi icra edəcək

Xameneinin vəzifəsini müvəqqəti olaraq Əlirza Ərəfi icra edəcək

Ayətullah Əlirza Ərəfi yeni ali lider seçilənə qədər ölkəni müvəqqəti olaraq idarə edən İranın İdarəetmə Şurasına qoşulub.

NTV  xəbər verir ki, bu barədə İranın siyasi məqsədyönlülüyünün müəyyənləşdirilməsi şurasının rəsmi nümayəndəsi Möhsün Dehnəvi məlumat verib.

"Konstitusiyanın 111-ci maddəsinə əsasən, müvəqqəti rəhbərlik şurasında Keşikçi Şurasının hüquqşünas kateqoriyasından bir üzvü olmalıdır. Məqsədyönlülük şurası ölkənin idarəçiliyinin fasiləsiz davam etməsi və Ekspertlər Şurasının ali rəhbəri ən qısa müddətdə seçə bilməsi üçün ayətullah Əlirza Ərəfini bu şuranın üzvü seçib".

Prezident Məsud Pezeşkian isə bildirib ki, İranın yeni ali lideri seçilənə qədər ölkəni müvəqqəti idarə edəcək İdarəetmə Şurası artıq işə başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM