ABŞ-nin Texas ştatının Ostin şəhərində əyləncə məkanlarından birində yerli vaxtla gecə saatlarında atışma baş verib.
NTV-nin məlumatına görə, silahlı sübhəli şəxsin açdığı atəş nəticəsində üç nəfər həlak olub, 14 nəfər yaralanıb.
Bölgədə patrul xidməti aparan üç zabit hadisə yerində silahlı şəxsə cavab atəşi açaraq onu zərərsizləşdirib.
FTB-nin Birgə Terrorizm üzrə İşçi Qrupu hadisənin detallarını araşdırır.
