satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Rusiya vətəndaşlarının təxliyə olunmasına kömək edir

Azərbaycan Rusiya vətəndaşlarının təxliyə olunmasına kömək edir

Azərbaycan hazırda İranla sərhədi keçmək üçün, aralarında iş adamlarının da olduğu təxminən 500 Rusiya vətəndaşına icazə verib.

NTV xəbər verir ki, bu barədə vəziyyətə yaxın mənbəyə istinadla Rusiya mediası məlumat yayıb. Mənbə qeyd edib ki, Bakı rusiyalıların İrandan çıxışının təşkil edilməsində Moskvaya maksimum dərəcədə dəstək göstərir. Regionda vəziyyətin kəskinləşməsi fonunda Azərbaycan İran ərazisindən Rusiya vətəndaşlarının təxliyəsində Rusiya Federasiyasına yardım edir.

Rusiyanın Tehrandakı səfirliyinin məlumatına görə, hazırda İran ərazisini Azərbaycan və Ermənistan istiqamətində iki buraxılış məntəqəsi vasitəsilə tərk etmək mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM