satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstana 26 reys ləğv edilib

Qazaxıstana 26 reys ləğv edilib

Qazaxıstanın Nəqliyyat Nazirliyində Yaxın Şərq ölkələrində yaranmış vəziyyətlə bağlı Operativ Qərargahın iclası keçirilib.

 

Bu barədə NTV Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadla xəbər verir. Hazırda İran, İsrail, BƏƏ, Bəhreyn, Küveyt, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, Oman, İraq və Livanda hava məkanı ya bağlanıb, ya da qeyri-sabit vəziyyət davam edir. Bununla əlaqədar fevralın 28-də həmin ölkələrdən Qazaxıstana 14 reys, martın 1-də isə 12 reys ləğv edilib.

“Air Astana”, “FlyArystan”, “SCAT” və “VietJet Kazakhstan” aviaşirkətləri hava məkanı açıldığı halda geri dönüş üçün reyslərin yerinə yetirilməsinə təyyarələr ayırmağa hazır olduqlarını bildiriblər.

Sonrakı addımlar Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi ilə əlaqələndirilmiş qaydada işlənib hazırlanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM