satellite   Azerspace-1: 11135 H 30000

KİV: İran Hörmüz boğazını bağlayır

KİV: İran Hörmüz boğazını bağlayır

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) radio rabitəsi vasitəsilə gəmilərin Hörmüz boğazını keçməsinin qadağan edildiyini elan edib və boğazı bağlayıb.

NTV "Reuters" agentliyinə istinadən xəbər verir ki, dəniz trafikini izləmə xidmətlərinin məlumatına görə, boğazda gəmilərin sayı onun giriş və çıxış hissələri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb.

Bundan əvvəl agentlik iri neft şirkətlərinin Hörmüz boğazı vasitəsilə xam neft, yanacaq və mayeləşdirilmiş təbii qaz tədarükünü dayandırdığı barədə məlumat yaymışdı.

Fars körfəzi ölkələrindən neft və qaz ixracının böyük hissəsi məhz Hörmüz boğazından keçirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şamaxıda zəlzələ olub

23:27 28.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM