satellite   Azerspace-1: 11135 H 30000

Almaniya XİN-i regiondakı vəziyyəti diqqətlə izlədiyini açıqlayıb

Almaniya XİN-i regiondakı vəziyyəti diqqətlə izlədiyini açıqlayıb

Almaniyanın Xarici İşlər Nazirliyi (XİN) İranda, İsraildə və regionun digər hissələrində vəziyyəti diqqətlə izləyir.

NTV xəbər verir ki, bu barədə nazirliyin X səhifəsində paylaşılan məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, Almaniya XİN-i İrandakı və İsraildəki səfirliklər, eləcə də regiondakı digər nümayəndəliklərlə sıx və daimi əlaqə saxlayır.

İranda, İsraildə və regionun digər ölkələrində olan Almaniya vətəndaşlarına müvafiq elektron sistemdə (ELEFAND) qeydiyyatdan keçmək və özünümüdafiə ilə bağlı tələb olunan tədbirlər üzrə yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək tövsiyə edilib.

Qeyd edək ki, hazırda Federal Hökumətin Böhran Qərargahının Xarici İşlər Nazirliyində vəziyyətlə bağlı toplantısı keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şamaxıda zəlzələ olub

23:27 28.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM