satellite   Azerspace-1: 11135 H 30000

Əraqçi: Gərginliyin azaldılmasına hazırıq, amma əvvəlcə təcavüz dayandırılmalıdır

Əraqçi: Gərginliyin azaldılmasına hazırıq, amma əvvəlcə təcavüz dayandırılmalıdır

İran regionda vəziyyətin deeskalasiyasına hazırdır, lakin bunun üçün, ilk növbədə, ABŞ və İsrail İslam Respublikasının ərazisinə zərbələr endirməyi dayandırmalıdır.

NTV xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "NBC News"a müsahibəsində bildirib.

"Bizə müharibə lazım deyil, regionda gərginliyin artmasını istəmirik. İran deeskalasiyaya hazırdır, lakin, ilk növbədə, təcavüz dayandırılmalı, hücumlara son qoyulmalıdır. Bundan sonra dialoqa başlamaq olar, biz bu barədə düşünə bilərik. Mən heç nə vəd edə bilmərəm, çünki xalqımız hazırda qəzəblidir, lakin təcavüz dayandırılarsa, deeskalasiya yolunda addımları nəzərdən keçirəcəyik", - nazir bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şamaxıda zəlzələ olub

23:27 28.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM