satellite   Azerspace-1: 11135 H 30000

Yunanıstan İran və Yaxın Şərqdəki vəziyyəti narahatlıqla izlədiyini açıqlayıb

Yunanıstan İran və Yaxın Şərqdəki vəziyyəti narahatlıqla izlədiyini açıqlayıb

Yunanıstanın Xarici İşlər Nazirliyi İran və Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı açıqlama yayaraq, vəziyyətin yaxından və narahatlıqla izlənildiyini bəyan edib.

NTV xəbər verir ki, nazirliyin məlumatına görə, regionda gərginliyin artması daha genişmiqyaslı sabitlik riskləri yarada bilər. Rəsmi Afina beynəlxalq hüquqa hörmətin və diplomatik kanallar vasitəsilə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.

Açıqlamada, həmçinin bildirilib ki, Yunanıstan hakimiyyəti müttəfiqləri və tərəfdaşları ilə daimi əlaqə saxlayır, vəziyyətin inkişafını operativ şəkildə qiymətləndirir. Zərurət yaranacağı halda, əlavə tədbirlərin görüləcəyi istisna edilmir.

Xarici İşlər Nazirliyi regiona səfər etməyi planlaşdıran vətəndaşlara diqqətli olmağı və rəsmi tövsiyələri izləməyi məsləhət görüb.

Qeyd edək ki, Yaxın Şərqdə baş verən son hadisələr bir sıra Avropa ölkələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub və beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şamaxıda zəlzələ olub

23:27 28.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM