satellite   Azerspace-1: 11135 H 30000

Rumıniya yarıkeçiricilər texnologiyasına investisiya edir

Rumıniya yarıkeçiricilər texnologiyasına investisiya edir

Yarıkeçiricilər müasir elektron sənayenin əsas elementlərindən biri hesab olunur. Mikroprosessorlar, çiplər, avtomobil elektronikası, rabitə sistemləri və süni intellekt həlləri bu texnologiya olmadan mümkün deyil. Son illərdə qlobal səviyyədə yarıkeçiricilərə tələbatın artması ölkələri bu sahəyə böyük investisiyalar yönəltməyə vadar edib.

NTV xəbər verir ki, Rumıniya da strateji əhəmiyyət daşıyan yarıkeçiricilər texnologiyası sahəsinə investisiyalarla qlobal texnoloji yarışa qoşulur. Yerli mətbuatın yaydığı məlumata görə, Kluj-Napoka şəhərində bu sahə üzrə innovasiya klasterinin yaradılması planlaşdırılır.

Məlumata əsasən, təşəbbüs yarıkeçirici komponentlərin istehsalını, tədqiqat və inkişaf infrastrukturunun formalaşdırılmasını, eləcə də sənaye və akademik sektor arasında əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Layihə çərçivəsində yüksək texnologiyalı laboratoriyaların qurulması və ixtisaslaşmış mütəxəssislərin hazırlanması da planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şamaxıda zəlzələ olub

23:27 28.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM