satellite   Azerspace-1: 11135 H 30000

İranda məktəbə endirilən zərbədə ölənlərin sayı 70-ə yüksəlib - YENİLƏNİB 6

İranda məktəbə endirilən zərbədə ölənlərin sayı 70-ə yüksəlib<font color='red'> - YENİLƏNİB 6</font>

Ölkənin cənubundakı Minab şəhərində ABŞ və İsrailin endirdiyi zərbə nəticəsində məktəbin təxminən 160 şagirdi həlak olub.

NTV ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqai bildirib.

"İsrailin Minab şəhərindəki məktəbə hücumu zamanı 150-160 qızımız həlak olub və bu, böyük cinayətdir", - deyə o bildirib.

19:44

İranın cənubunda yerləşən Minab şəhərində qızlar məktəbinə endirilən zərbə nəticəsində həlak olanların sayı 85 nəfərə yüksəlib.

NTV xəbər verir ki, bu barədə "Tasnim" agentliyi Minab Prokurorluğuna istinadən məlumat yayıb.

18:54

İranın cənubunda yerləşən Minab şəhərində qızlar məktəbinə endirilən zərbə nəticəsində həlak olanların sayı 70 nəfərə yüksəlib.

NTV xəbər verir ki, bu barədə "Fars" agentliyi "Telegram" kanalında məlumat yayıb.

"Minabdə təxminən 70 nəfər həlak olan, 90 nəfər yaralanıb", - məlumatda qeyd olunub.

Məlumata görə, həmin təhsil müəssisəsində 170 uşaq təhsil alırdı.

17:59

İranın cənubunda qızlar məktəbinə raketin düşməsi nəticəsində azı 60 şagird həlak olub.

NTV xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Kermanpur sosial şəbəkələrdə bildirib.

"60 azyaşlı uşaq həlak olub, 80-i xəsarət alıb", - o qeyd edib.

16:27

İsrailin İran ərazisinə hücumları nəticəsində Minabdakı məktəbdə həlak olanların sayı 51 nəfərə çatıb.

NTV xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bundan başqa, xəsarət alanların sayının 60 nəfərə yüksəldiyi bildirilir.

15:54

İsrailin İran ərazisinə hücumları nəticəsində Minabdakı məktəbdə həlak olanların sayı 40 nəfərə yüksəlib.

NTV-nin məlumatına görə, bu barədə İran KİV-ləri xəbər verir.

Bundan başqa, bildirilir ki, zərər çəkənlərin sayı 48 nəfərə yüksəlib.

15:27

İsrailin hücumları nəticəsində İranın Minab şəhərində (Hörmözqan əyaləti) qızlar üçün ibtidai məktəbdə 24 şagird həlak olub.

NTV xəbər verir ki, bu barədə "Mehr news" agentliyi əyalət başçısı Məhəmməd Radmehrə istinadən məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər əyalətdə qızlar üçün "Şəcərət Tayibə" ibtidai məktəbi İsrail qüvvələrinin hücumuna məruz qalıb. Nəticədə şagirdlər həlak olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şamaxıda zəlzələ olub

23:27 28.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM