satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın İrandakı səfirliyi RF vətəndaşlarını imkan daxilində bu ölkəni tərk etməyə çağırıb

Rusiyanın İrandakı səfirliyi RF vətəndaşlarını imkan daxilində bu ölkəni tərk etməyə çağırıb

İrandakı Rusiya səfirliyi RF vətəndaşlarına və həmvətənlərinə gücləndirilmiş təhlükəsizlik tədbirlərinə riayət etməyi və imkan daxilində bu ölkəni tərk etməyi tövsiyə edib.

NTV xəbər verir ki, diplomatik nümayəndəlik rusiyalıları sakit olmağa, səfirliyin və İran hakimiyyətinin rəsmi açıqlamalarını diqqətlə izləməyə, hərbi və dövlət obyektlərinə yaxın yerlərdən çəkinməyə çağırıb. Həmçinin İranın hər hansı bir yerində foto və ya video çəkməmək tövsiyə olunub. Səfirlik media və sosial media vasitəsilə yayıla biləcək çaxnaşmaya yol verməməyin vacibliyini vurğulayıb.

Rusiya vətəndaşlarına, həmçinin növbəti xəbərdarlığa qədər İrana səyahət etməkdən çəkinmək tövsiyə olunur. Ölkəni tərk etmək üçün optimal yollar Astaradan Azərbaycana keçmək, Azərbaycan hakimiyyətinin əvvəlcədən icazəsinə üstünlük vermək, eləcə də Ermənistan-İran sərhədindəki Nurduz-Aqarak keçid məntəqəsindən çıxmaq kimi müəyyən edilib. Vətəndaşlara səyahət edərkən ehtiyatlı olmaq və sayıqlığı artırmaq tövsiyə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şamaxıda zəlzələ olub

23:27 28.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM