satellite   Azerspace-1: 11135 H 30000

İran vətəndaşlarının Türkiyəyə qanunsuz giriş etdiyi barədə paylaşımlar dezinformasiyadır

İran vətəndaşlarının Türkiyəyə qanunsuz giriş etdiyi barədə paylaşımlar dezinformasiyadır

Bəzi sosial media hesablarında İran sərhədindən Türkiyəyə qanunsuz giriş edildiyi iddiası ilə paylaşılan görüntülər dezinformasiya xarakteri daşıyır.

NTV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzi açıqlama yayıb.

Məlumata əsasən, müəyyən edilib ki, buna dair yayılan görüntülər vaxtı və məkanı naməlum köhnə çəkilişlərdir və son regional hadisələrdən sonra qəsdən yenidən dövriyyəyə buraxılıb.

“Onların Türkiyənin sərhəd xətti ilə əlaqəsinə dair hər hansı konkret sübut mövcud deyil. Bu cür paylaşımlar sərhəd təhlükəsizliyini hədəf alaraq ictimaiyyətdə mənfi rəy formalaşdırmağı məqsəd qoyur. Türkiyənin sərhəd təhlükəsizliyi 24/7 prinsipi əsasında çoxqatlı sistemlərlə fasiləsiz şəkildə təmin olunur. Əsassız iddialara etibar edilməməsi və yalnız rəsmi qurumların açıqlamalarının nəzərə alınması vacibdir”,-deyə açıqlamada bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şamaxıda zəlzələ olub

23:27 28.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM