satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniyada səhvən azadlığa buraxılan şəxs ölkədən qaçıb

Böyük Britaniyada səhvən azadlığa buraxılan şəxs ölkədən qaçıb

Böyük Britaniyada bir qadına qarşı cinsi zorakılıq və zor tətbiqi ittihamları ilə həbsdə saxlanılan şəxs məhkəməyə çıxarılmasına bir neçə həftə qalmış səhvən azad olunub və o, ölkəni tərk edib.

NTV “The Independent”ə istinadla xəbər verir ki, hüquqi səbəblərə görə adı açıqlanmayan şəxs Böyük Britaniya həbsxanalarından birində saxlanılıb. Fevralın əvvəlində keçirilən məhkəməyəqədərki dinləmədən sonra məhkəmə tərəfindən həbsxanaya səhvən onun girov qarşılığında azad edilə biləcəyi barədə bildiriş göndərilib. Bu isə onun azadlığa buraxılmasına səbəb olub. Azadlığa çıxdıqdan qısa müddət sonra həmin şəxs ölkəni tərk edib.

Hadisə ilə bağlı məlumatlar Londonun yüksək vəzifəli hakimlərindən birinin hökuməti məsələyə müdaxilə etməyə və şəxsin məhkəmə qarşısına çıxarılması üçün geri qaytarılmasını təmin etməyə çağırmasından sonra üzə çıxıb.

Kensinqton və Çelsi üzrə məhkəmənin hakimi Martin Edmumds qərarında bildirib: “Belə səhvlər son dərəcə nadir hallarda baş verir. Mənim bildiyimə görə, bu, həbsdə saxlanılan məhbusun səhvən azad edildiyi yeganə haldır. Biz bu səhvi olduqca ciddi qəbul edirik”.

Hakim əlavə edib ki, hadisənin necə baş verdiyi tam şəkildə araşdırılacaq və gələcəkdə belə halların təkrarlanmaması üçün müvafiq tədbirlər görüləcək.

Hazırda məsələ ilə bağlı araşdırma davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM