satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Koreyada 234 hektar meşə sahəsi yanıb

Cənubi Koreyada 234 hektar meşə sahəsi yanıb

Cənubi Koreyanın Hamyanq rayonunda 2 gündür davam edən meşə yanğını tam nəzarət altına alınıb.

NTV Koreyanın Meşə Xidmətinin məlumatına istinadla xəbər verir ki, 44 saat davam edən yanğın 234 hektar sahəni əhatə edib. Yanğınla əlaqədar 164 sakin təxliyə edilib. İtki barədə məlumat yoxdur.

Fevralın 21-də axşam vaxtı başlayan yanğının söndürülməsinə 115 helikopter, 250 texnika və 1600 işçi səfərbər edilib.

Baş nazir Kim Min Sok təbii fəlakət bölgəsinə səfər edib, təxliyə olunan sakinlərlə görüşdə onlara lazımi dəstəyin göstəriləcəyini deyib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM