satellite   Azerspace-1: 11135 H 30000

Aİ Qırmızı dənizdəki təhlükəsizlik missiyasının müddətini daha bir il uzadıb

Aİ Qırmızı dənizdəki təhlükəsizlik missiyasının müddətini daha bir il uzadıb

Avropa İttifaqı Qırmızı dənizdəki böhranla əlaqədar həyata keçirdiyi dəniz təhlükəsizliyi missiyasının (EUNAVFOR ASPIDES) müddətinin uzadılması barədə qərar qəbul edib.

NTV xəbər verir ki, qərara əsasən, mandatın müddəti 2027-ci il fevralın 28-dək uzadılıb.

“EUNAVFOR ASPIDES” missiyası husilərin 2023-cü ilin oktyabrından etibarən beynəlxalq gəmiçiliyə qarşı həyata keçirdikləri ardıcıl hücumlara cavab olaraq, 2024-cü ilin fevralında Aİ tərəfindən müdafiə xarakterli əməliyyat kimi təsis edilib. Bu missiya Qırmızı dənizdə və ətraf sularda ticarət və kommersiya gəmilərinə qarşı davam edən təhdidlər fonunda naviqasiya azadlığının təmin olunması məqsədilə həyata keçirilir.

EUNAVFOR ASPIDES missiyası çərçivəsində müdafiə xarakterli dəniz təhlükəsizliyi tədbirləri, o cümlədən gəmilərin mühafizəsi təmin edilir və beynəlxalq hüquqa uyğun olaraq dəniz nəqliyyatı marşrutları boyunca sabitlik dəstəklənir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM