satellite   Azerspace-1: 11135 H 30000

Şri-Lankada məhkəmə 12 nəfərə ölüm hökmü verib

Şri-Lankada məhkəmə 12 nəfərə ölüm hökmü verib

Şri-Lankanın Qampaha Ali Məhkəməsi 2022-ci ildə deputat və mühafizəçisinin qətlinə görə 12 nəfəri ölüm cəzasına məhkum edib.

NTV  Sinxua agentliyinə istinadla xəbər verir ki, iş üzrə ümumilikdə 42 nəfər ittiham olunmuşdu. Məhkəmə 4 nəfərə beş il sınaq müddəti olmaqla 6 ay şərti həbs cəzası verib, 23 nəfər isə bəraət alıb.

Qətl 2022-ci ilin mayında ölkədə baş verən kütləvi iğtişaşlar zamanı törədilmişdi. Bildirilib ki, deputat və mühafizəçisi avtomobillərinin qarşısını kəsən etirazçılara atəş açaraq iki nəfəri ağır yaraladıqdan sonra elə həmin gün onların cəsədləri yaxınlıqdakı binada tapılmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM