satellite   Azerspace-1: 11135 H 30000

Liviya sahillərində qayıq aşıb, 53 miqrant ölüb və ya itkin düşüb

Liviya sahillərində qayıq aşıb, 53 miqrant ölüb və ya itkin düşüb

Liviya sahillərində göyərtəsində 55 miqrantı daşıyan rezin qayıq aşıb, iki körpə də daxil olmaqla 53 nəfər ölüb və ya itkin düşüb.

NTV xəbər verir ki, bu barədə Miqrasiya üzrə Beynəlxalq Təşkilat məlumat yayıb.

Qayıq fevralın 6-da Liviyada Zuvaradan şimalda aşıb. Liviya hakimiyyəti tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatı zamanı iki nigeriyalı qadın xilas edilib.

Miqrasiya üzrə Beynəlxalq Təşkilatın məlumatına görə, təkcə yanvar ayında Aralıq dənizinin mərkəzində ekstremal hava şəraitində baş verən çoxsaylı gəmi qəzaları nəticəsində azı 375 miqrant ölüb və ya itkin düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM