satellite   Azerspace-1: 11135 H 30000

İzmirin bir neçə rayonunda meşə yanğını qeydə alınıb, yaşayış məntəqələri təxliyə edilib

İzmirin bir neçə rayonunda meşə yanğını qeydə alınıb, yaşayış məntəqələri təxliyə edilib

Türkiyənin İzmir şəhərinin Menderes, Qaziemir və Seferihisar rayonlarında güclü meşə yanğınları qeydə alınıb.

NTV yerli mətbuata istinadən xəbər verir ki, yanğınla əlaqədar 4 kənd və 2 məhəllənin sakinləri təxliyə edilib.

Təbii fəlakət zamanı 3 ev, 1 traktor və 1 avtomobil yararsız hala düşüb.

İzmir Beynəlxalq Hava Limanı əyalətdə davam edən meşə yanğınları səbəbindən uçuşları müvəqqəti olaraq dayandırıb. Buna səbəb Adnan Menderes Hava Limanı Qaziemir rayonunda yanğın zonasının yaxınlığında yerləşməsidir. Davam edən meşə yanğını, tüstü və yanğınsöndürən təyyarələrin işi səbəbindən hava limanı təyyarələrin qəbulunu və enişini dayandırıb. İzmirə gələn bəzi reyslər başqa hava limanlarına yönləndirilib. Yanğının nəzarət altına alınmasından sonra uçuşların həmişəki kimi davam edəcəyi gözlənilir. Yanğının söndürülməsinə 1,1 min yanğınsöndürən, 6 təyyarə, 23 su maşını göndərilib. Sürəti saatda 70-117 km arasında dəyişən güclü küləklər səbəbindən yanğınsöndürən təyyarələrin uçuşu və mütəmadi su atması çətinləşir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM