satellite   Azerspace-1: 11135 H 30000

Kiyevdə Rusiyanın endirdiyi zərbələr nəticəsində 20-ə yaxın şəxs ölüb, ən azı 99 nəfər yaralanıb - YENİLƏNİB 2

Kiyevdə Rusiyanın endirdiyi zərbələr nəticəsində 20-ə yaxın şəxs ölüb, ən azı 99 nəfər yaralanıb<font color='red'> - YENİLƏNİB 2</font>

Kiyevdə Rusiyanın endirdiyi zərbələr nəticəsində 20-ə yaxın şəxs ölüb, ən azı 99 nəfər yaralanıb.

Bu barədə  NTV  "Report"-a istinadən xəbər verir.

10:09

Rusiya Silahlı Qüvvələrinin Ukraynaya gecə saatlarında endirdiyi zərbələr nəticəsində 44 nəfər yaralanıb.

NTV  Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna daxili işlər naziri İqor Klimenko bildirib.

Onun sözlərinə görə, hücumlar nəticəsində təkcə Kiyevdə 14 nəfər həlak olub.

Bundan əlavə, Odessada 10 yaralı var. Kiyev və Çerniqov vilayətlərində bir nəfər yaralanıb.

Kiyev meri Vitali Kliçkonun bildirdiyinə görə, şəhərdə artıq 55 yaralı var və onların sayı artır.

"Paytaxtda xəsarət alanların sayı artır. Hazırda onların sayı 55 nəfərdir. 40-dan çox insan şəhərin tibb müəssisələrinə çatdırılıb. Dəqiqləşdirilmiş məlumat hələlik yoxdur. Yerlərdə xilasedicilər işləyir", - onun teleqram kanalında qeyd edilib.

09:11

Kiyevdə (Ukrayna) Rusiyanın endirdiyi hava zərbələri nəticəsində azı 14 nəfər həlak olub.

NTV-nin məlumatına görə, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko öz teleqram kanalında bildirib.

"İlkin məlumata görə, Kiyevdə artıq 14 nəfər həlak olub. Məlumat dəqiqləşdiriləcək", - o vurğulayıb.

T.Tkaçenkonun sözlərinə görə, Ukraynanın paytaxtı növbəti ağır gecəni yaşayıb. Hazırda zərbə yerində operativ xidmətlər işləyir.

"İndi zərbələrdən birinin yerindəyəm. Xilasedicilər, tibb işçiləri, polis, könüllülər. Hamı ehtiyacı olanlara kömək etmək və xilas etmək üçün maksimum əlaqəli şəkildə hərəkət edir. Bu gün yanımızda olan hər kəsə təşəkkür edirəm", - o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM