satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə və ABŞ prezidentləri İsrail-İran gərginliyini müzakirə ediblər

Türkiyə və ABŞ prezidentləri İsrail-İran gərginliyini müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

NTV xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti açıqlama yayıb.

Məlumata əsasən, danışıq zamanı Türkiyə Prezidenti ölkəsinin İran ilə İsrail arasındakı gərginliyi yaxından izlədiyini, başlanan nüvə danışıqlarını münaqişənin həlli üçün yeganə yol kimi gördüyünü bildirib.

Prezident Ərdoğan, ABŞ-ın da münaqişənin həlli üçün nüvə danışıqlarının davam etməsinin zəruriliyini düşündüyü və bu mövqeyi dəstəklədiyinə inamını ifadə edib. O, Türkiyənin gərginliyin nəzarətdən çıxmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti bir sıra ölkələrin dövlət və hökumət rəhbərləri ilə İsraillə İran arasında artan gərginliyi müzakirə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM