satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda qəzaya uğrayan təyyarədə olan 242 nəfərin hamısı həlak olub - YENİLƏNİB 4

Hindistanda qəzaya uğrayan təyyarədə olan 242 nəfərin hamısı həlak olub <font color='red'> - YENİLƏNİB 4</font>

Hindistanda qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub.

NTV xəbər verir ki, bu barədə “Ntws 18” telekanalı məlumat yayıb.

Həlak olanlar arasında 10 ekipaj üzvü və bort bələdçiləri var.

Təyyarənin göyərtəsində 169 hindistanlı, 53 Böyük Britaniya vətəndaşı, 7 portuqaliyalı və bir kanadalı sərnişin olub.

İlkin məlumatlara görə, hava gəmisi quşla toqquşub və uçuş üçün optimal sürətə çata bilməyib.

15:36

Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 170 nəfərə çatıb.

NTV  xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

14:36

Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb.

NTV xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

Xarici KİV-in məlumatına görə, yerli polis təyyarənin həkimlər üçün yataqxana binasının üzərinə düşdüyünü bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM