satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada Donetsk vilayətində kütləvi atəş nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb

 Ukraynada Donetsk vilayətində kütləvi atəş nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb

Ukraynada Donetsk vilayətində Rusiya Silahlı Qüvvələrinin atəşi nəticəsində son sutka ərzində dörd mülki şəxs ölüb.

NTV  xəbər verir ki, bu barədə Ukraynanın Milli Polisinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

“Dörd ölü və doqquz yaralı dinc sakin: Donetsk polisi Rusiyanın atəşlərinin nəticələrini qeydə alıb. Bir sutka ərzində Rusiya cəbhə xətti və yaşayış massivinə 3 449 zərbə endirib", - məlumatda deyilir.

Qeyd olunub ki, 72 mülki obyekt, o cümlədən 38 yaşayış evi dağıntıya məruz qalıb, avtomobillər, təhsil müəssisələri və mağazalar zərər görüb.

Bundan başqa, 8 iyun gecə yarısından sonra Rusiya Kramatorsk, Lıman, Vısokopillya, Krınıtsya, Stepanivka, Şevçenko yaşayış məntəqələrinə 15 atəş həyata keçirib. Kramatorsda bir nəfərin yaralandığı bildirilir

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM