satellite   Azerspace-1: 11135 H 30000

Putinlə Fidanın müzakirə etdiyi məsələlər açıqlanıb

Putinlə Fidanın müzakirə etdiyi məsələlər açıqlanıb

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş başa çatıb.

NTV  xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunur ki, görüş bir saat davam edib.

Müzakirələrin təfərrüatları hələ açıqlanmır. 

H.Fidan bu gün həmçinin Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə də görüşəcək. Onun sabah həmkarı Sergey Lavrovla görüşü gözlənilir. 

21:28

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyənin xarici işlər naziri Hakan Fidanın müzakirə etdiyi məsələlər açıqlanıb. 

NTV xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb. 

Qeyd olunub ki, onlar Rusiya-Ukrayna müharibəsi, Türkiyənin mümkün vasitəçiliyi, Suriyadakı son vəziyyət barədə danışıblar. Təfərrüatlar isə açıqlanmayıb. 

Məlumata görə, görüş hələ davam edir.

20:42

Rusiya Prezidenti Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

 

NTV  xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Tərəflərin müzakirə etdikləri məsələlər hələ ki, açıqlanmayıb.

 

Qeyd edək ki, H.Fidan Rusiyada səfərdədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM