satellite   Azerspace-1: 11135 H 30000

Fitso: Ermənistan və Azərbaycan münasibətlərin normallaşdırılması prosesini tamamlamalıdır

Fitso: Ermənistan və Azərbaycan münasibətlərin normallaşdırılması prosesini tamamlamalıdır

Ermənistan və Azərbaycan münasibətlərin normallaşdırılması prosesini başa çatdırmalıdır.

NTV Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso “Yerevan Dialogue” beynəlxalq konfransında bildirib.

"Bu ilin əvvəlində sazişin mətni üzərində işin tamamlanması barədə verilən bəyanat regionda davamlı sülh və təhlükəsizliyə doğru atılan həlledici addımdır. Bu prosesin qorunub saxlanması və tamamlanmasını təmin etmək vacibdir", - o qeyd edib.

Ermənistan və Avropa İttifaqı arasında münasibətlərin inkişafına toxunan baş nazir bildirib ki, Slovakiya bazar və sosial islahatlardan başlayaraq hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin potensialının tam reallaşdırılmasına və viza rejiminin liberallaşdırılması haqqında dialoqa qədər öz təcrübəsini bölüşməyə hazırdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM