satellite   Azerspace-1: 11135 H 30000

Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir

Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20-dən çox bankın SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılmasını nəzərdən keçirir.

 

NTV  xəbər verir ki, bu barədə “Bloomberg” anonim mənbələrə istinadən məlumat yayıb.

“Ukraynaya qarşı müharibəni dayandırmaq üçün Moskvaya təzyiqi artırmağa yönəlmiş yeni sanksiyalar çərçivəsində Aİ həm də Rusiya neftinin qiymətinin yuxarı həddinin aşağı salınması və “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinə qadağa qoyulması imkanlarını nəzərdən keçirir”, - məlumatda deyilir.

Mənbələr bildiriblər ki, Avropa Komissiyası bu tədbirlərlə bağlı Aİ-yə üzv dövlətlərlə məsləhətləşmələr aparır.

Onların sözlərinə görə, mümkün məhdudiyyətlərin vaxtı ilə bağlı qərar hələ qəbul edilməyib. Aİ sanksiyaları bütün üzv dövlətlərin təsdiqini tələb edir və rəsmi təklif edilənə və qəbul edilənə qədər dəyişdirilə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM