satellite   Azerspace-1: 11135 H 30000

Baş prokuror: 2022-ci il dövlət ittihamçıları tərəfindən verilmiş 563 apellyasiya protesti təmin olunub

Baş prokuror: 2022-ci il dövlət ittihamçıları tərəfindən verilmiş 563 apellyasiya protesti təmin olunub

Ötən il dövlət ittihamçıları tərəfindən yuxarı instansiya məhkəmələrinin qərarlarından verilmiş 563 apellyasiya protesti təmin edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyi ilə bağlı keçirilən tədbirdə Baş prokuror Kamran Əliyev deyib.

O qeyd edib ki, bu say verilmiş protestlərin 51.3 faizi deməkdir.

Baş Prokuror bildirib ki, kassasiya protestləri üzrə isə bu göstərici müvafiq olaraq 157 və ya 24.5 faizdir. Kassasiya protestləri əməlin tövsifi, qanunun tətbiqi və hüquqi məsələlərlə bağlıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM