satellite   Azerspace-1: 11135 H 30000

Kəngərli rayonunda bayraq meydanı inşa olunur

Kəngərli rayonunda bayraq meydanı inşa olunur

Muxtar respublikada aparılan genişmiqyaslı tikinti-quruculuq işləri Kəngərli rayonunda da uğurla davam etdirilir. Rayonda həyata keçirilən quruculuq tədbirləri çərçivəsində burada Bayraq Meydanı inşa olunur.

Naxçıvan-Sədərək magistral yolunun Qıvraq qəsəbəsindən keçən hissəsinin sol tərəfində inşa olunan Bayraq Meydanının ümumi ərazisi 10 min kvadratmetrdir. Bayrağın ümumi hündürlüyü 36,5 metr olacaq.

İndiyədək ərazidə torpaq bərkitmə işləri görülüb, istinad divarları tikilib, hazırda isə bayraq dirəyinin təməl hissəsinin bərkidilmə işləri aparılır.

"Yeni həyat" qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM