Yaponiyadan idxal olunan "Aranami Samurai Salt" əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsullarında uyğunsuzluq aşkarlanıb.
Bu barədə NTV-yə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, məhsul partiyasından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində yodun miqdarının normadan aşağı olduğu müəyyən edilib.
Bununla əlaqədar, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, ümumi çəkisi 22,6 kq istehlaka yararsız məhsul məhv edilib.
