satellite   Azerspace-1: 11135 H 30000

Çinə qida və içki ixracı qaydaları: CIFER sistemində qeydiyyat necə aparılır?

Çinə qida və içki ixracı qaydaları: CIFER sistemində qeydiyyat necə aparılır?

Çin Xalq Respublikasına (ÇXR) qida və içki məhsulları ixrac edən xarici istehsalçı müəssisələrin qeydiyyatı ÇXR-in Baş Gömrük İdarəsi (GACC) tərəfindən idarə olunan CIFER (China Import Food Enterprise Registration) elektron sistemi vasitəsilə həyata keçirilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən NTV-yə bildirilib ki, CIFER Çinə idxal olunan qida məhsullarının təhlükəsizliyinin və izlənilməsinin təmin edilməsi, xarici istehsalçı müəssisələr barədə məlumatların vahid reyestrdə toplanması, habelə onların ÇXR qanunvericiliyinin tələblərinə uyğunluğuna nəzarətin həyata keçirilməsi məqsədilə yaradılıb. Məhsulun risk kateqoriyasından asılı olaraq müəssisələrin CIFER sistemində qeydiyyatı müxtəlif qaydada aparılır. Bir sıra məhsul kateqoriyaları üzrə qeydiyyat ixracatçı ölkənin səlahiyyətli qurumunun təqdimatı əsasında, digər məhsul kateqoriyaları üzrə isə müəssisələrin özləri tərəfindən müstəqil şəkildə həyata keçirilir. Bu sistemdə qeydiyyat, müəssisə məlumatlarının yenilənməsi və qeydiyyat müddətinin uzadılması rəsmi elektron portal vasitəsilə ödənişsizdir. AQTA bildirir ki, CIFER sistemindən qeydiyyatdan keçməyən müəssisələrin istehsal etdiyi qida məhsullarının ÇXR-ə idxalına icazə verilmir. Sahibkarlıq subyektləri CIFER sistemində qeydiyyat və digər prosedurlar barədə ətraflı məlumatı qeyd olunan keçid vasitəsilə əldə edə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM