satellite   Azerspace-1: 11135 H 30000

Bakıda mikromobillik vasitələri 6,9 milyon dəfədən çox sifariş olunub

Bakıda mikromobillik vasitələri 6,9 milyon dəfədən çox sifariş olunub

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakıda son iki ildə mikromobillik infrastrukturunun yaradılması və inkişafı istiqamətində mühüm işlər görülüb.

AYNA-dan NTV-yə  bildirilib ki, mikromobillik infrastrukturunun qurulmasına başlanıldığı vaxtdan paytaxtda velosiped və elektrikli skuterlər 6,9 milyon dəfədən çox sifariş olunub. Bu müddətdə istifadəçilər 18 milyon kilometrə yaxın məsafə qət ediblər. Statistika yalnız kirayə xidmətlərini əks etdirir, şəxsi velosiped və skuterlərdən istifadə bu göstəricilərə daxil deyil.

Cari ilin 7 ayı ərzində isə kirayə xidmətində olan velosiped və skuterlər 2 milyon 297 min 405 dəfə sifariş olunub. Yanvar-iyul aylarında mikromobillik vasitələrindən istifadəçi sayı 1 milyon 160 min 228 nəfər olub və ümumilikdə 4 milyon 918 min 839 kilometr məsafə qət edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həm sifariş, həm də istifadəçi sayında 1,2 dəfə artım deməkdir.

İnfrastrukturun genişləndirilməsi istifadəçi sayının artmasına da müsbət təsir göstərir. Hazırda paytaxtda mikromobillik zolaqlarının uzunluğu 66,6 kilometrə çatdırılıb. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq mikromobillik zolaqlarının uzunluğunun 100 kilometrə çatdırılması nəzərdə tutulur.

Son 2 ildə əldə olunan nəticələr göstərir ki, Bakıda mikromobillik artıq alternativ nəqliyyat vasitəsi olmaqdan çıxaraq şəhərin müasir və dayanıqlı nəqliyyat sisteminin mühüm hissəsinə çevrilir. Mikromobilliyin inkişafı qısa məsafələr üzrə daha rahat və çevik hərəkət imkanı yaradır, nəqliyyat sıxlığının və karbon emissiyalarının azalmasına, ictimai nəqliyyata əlçatanlığın artmasına töhfə verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

10:13 10.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM