satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda zubrların sayı 89-a çatıb - FOTOLAR

Azərbaycanda zubrların sayı 89-a çatıb<font color=red> - FOTOLAR</font> Azərbaycanda zubrların sayı 89-a çatıb<font color=red> - FOTOLAR</font> Azərbaycanda zubrların sayı 89-a çatıb<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın 2023-cü ildə hazırlanmış III nəşrinə 241 fauna və 460 flora növü daxil edilib. İlk dəfə tərtib olunan “Çəhrayı Siyahı”da mühafizə tədbirləri nəticəsində populyasiyasında müsbət dinamika müşahidə olunan 51 bitki və 42 heyvan növü yer alıb. Bunların arasında Xəzər səhləbi, Eyxler dağlaləsi, soyuq novruzçiçəyi, Qafqaz bənövşəsi, Qafqaz xurması, qonur ayı, qamışlıq pişiyi, Hind tirəndazı, Qafqaz qırqovulu və digər növlər var.

Bu barədə NTV-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nadir növlərin mühafizəsi istiqamətində 2024-cü ildən etibarən 10 mikrorezervat yaradılıb, həmin ərazilərə təbiət abidəsi statusu verilib və 7,5 kilometr uzunluğunda mühafizə çəpərləri çəkilib.

Eyni zamanda, diqqətə çatdırılıb ki, 2010-cu ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində 443 baş ceyran tarixi areallarına reintroduksiya edilib. Avropa zubrunun reintroduksiyası layihəsi çərçivəsində isə ölkəyə gətirilən zubrların sayı təbii artımla birlikdə 89 başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM