satellite   Azerspace-1: 11135 H 30000

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir - FOTOLAR

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir<font color=red> - FOTOLAR</font>

Heyvan kəsimi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər qida təhlükəsizliyinin təmin olunması və bioloji təhlükəsizlik sisteminin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

NTV xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyev bildirib ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən, 2018-ci ildən etibarən ölkədə mobil, modul və stasionar tipli heyvan kəsim məntəqələrinin yaradılmasına başlanılıb. Agentlik tərəfindən müxtəlif tutumlu kəsim məntəqələrinin texnoloji sxemləri hazırlanaraq sahibkarlara təqdim edilib və bu istiqamətdə görülən işlər müsbət nəticələr verməkdədir.

Qalib Əbdüləliyev qeyd edib ki, heyvan kəsim məntəqələri qida zəncirinə nəzarətin və bioloji təhlükəsizliyin mühüm tərkib hissəsidir. Burada heyvanların sağlamlıq vəziyyəti və ətin istehlaka yararlılığı yoxlanılır, həmçinin məhsulun elektron izlənməsi təmin edilir.

Şöbə müdiri əlavə edib ki, bəzi rayonlarda heyvan kəsim məntəqələrinin yaradılmasının təşviq edilməsi vacibdir. O, həmçinin bildirib ki, kəsim məntəqələri heyvanların və heyvan mənşəli məhsulların izlənmə sisteminin bir hissəsidir. Hazırda heyvanların identifikasiyası və elektron uçot sisteminin sürətləndirilməsi istiqamətində hazırlıq işləri aparılır.

Bu barədə daha ətraflı link vasitəsilə məlumat ala bilərsiniz.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM