satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Özbəkistan QHT-ləri üçün birgə qrant müsabiqəsi üzrə layihələrin ekspertizasına başlanılıb

Azərbaycan və Özbəkistan QHT-ləri üçün birgə qrant müsabiqəsi üzrə layihələrin ekspertizasına başlanılıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Özbəkistan Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fondunun birlikdə qrant müsabiqəsi üzrə QHT-lərdən layihə təkliflərinə dair sənədlərin qəbulu 2026-cı il iyul ayının 1-dən iyulun 30-dək aparılıb.

NTV xəbər verir ki, Azərbaycan QHT-lərinin sənədlərinin qəbulunu Azərbaycanın QHT Agentliyi, Özbəkistan QHT-lərinin sənədlərinin qəbulunu isə Özbəkistanın Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fondu icra edib. Azərbaycan QHT-ləri layihələrini Özbəkistanda, Özbəkistan QHT-ləri isə Azərbaycanda icra edəcəklər.

Müsabiqəyə ümumilikdə 67 layihə təklifi daxil olub. Özbəkistan Respublikası Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fonduna 21, Azərbaycanın QHT Agentliyinə isə 46 layihə təklifi daxil olub.

Hazırda QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılır. Daha sonra layihələr təhlil edilərək qaliblər müəyyənləşdiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM